Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.
