Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum oldu


  • 31 İyul 2021 13:35

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.

E-huquq.az xəbər verir ki, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.

İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.

İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

Mənbə: Report

Oxşar xəbərlər