"MEGA-AZ" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Hüseyn Hüseynliyinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələəlik məlum deyil.
Məhkəmə protokolu təsdiq edərsə, "MEGA-AZ" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
