Böyük Britaniyada əməkhaqlarının artırılması tələbi ilə genişmiqyaslı etirazlar başlayıb.
E-huquq.az xəbər verir ki, müəllimlər, dövlət qulluqçuları, dəmir yolu və avtobus işçiləri, universitet işçiləri eyni vaxtda tətil edirlər. Bu, son 10 ilin ən böyük miqyaslı tətili hesab edilir.
Tətili təşkil edən həmkarlar ittifaqları hökumətlə danışıqların nəticə verməyini, hökumət nümayəndələri isə yalnız tətillərin dayandırılacağı halda etirazçıların tələblərinin ciddi müzakirə olunacağını deyirlər.
