Məzmuna keç

Bakıda məşhur supermarketlər şəbəkəsinə cərimə yazıldı

"Grand-mart" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şəbəkə barədə aidiyyəti qurum İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, "Grand-mart" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə