Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

"Azinfo Dış Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə