Məzmuna keç

Yanvar ayında “Azəriqaz”a 130 mindən çox müraciət daxil olub

Cari ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinə 130 175 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291 müraciət azdır: "Müraciətlərin 9 607-i təzyiqin aşağı olması ilə bağlı olub ki, bu da keçən illə müqayisədə 722 müraciət azdır. Qazın olmaması ilə bağlı 4 812, qaz sızmaları ilə bağlı isə 943 müraciət daxil olub".

Şöbə rəisi deyib ki, ay ərzində daxil olan müraciətlərin 49 926-ı sayğaclarla bağlı olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 5 426 müraciət çoxdur: "Ümumi müraciətlərin 59 275-i məlumat xarakterli olub və ötən illə müqayisədə 6 775 müraciət azdır".

Eltac Nurullazadə