Məzmuna keç

Şöbəsi rəisi: “Təbii qazın tərkibinin çirkli olması barədə iddialar əsassızdır”

"Təbii qazın tərkibinin çirkli olması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil".

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib.

O bildirib ki, qazın tərkibinə xüsusi cihazlar vasitəsilə nəzarət edilir.

"Qazın tərkibi mütəmadi olaraq yoxlanılır. Əgər maye qazın tərkibi ilə bağlı hər hansı problem olsa, həmin cihazlar vasitəsilə dərhal mərkəzə siqnal ötürülür. Ümumiyyətlə, qeyd etməliyəm ki, qazın tərkibinə təkcə "Azəriqaz" nəzarət etmir. Bu nəzarəti digər aidiyyəti qurumlar da həyata keçirirlər", – deyə o qeyd edib.

Eltac Nurullazadə