Londonda "AzerBazalt UK" şirkətinin təqdimatı keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycanın Londondakı səfirliyinin əməkdaşı Polad Məmmədov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Yazmurad N. Seryaev, iş adamları, tanınmış şirkətlərin təmsilçiləri, Qazaxıstandan olan biznesmenlər və digər şəxslər iştirak ediblər.
Mərasimdə şirkətin təsisçisi və baş direktoru Rafat Əliyev çıxış edərək "AzerBazalt UK" barədə qonaqlara məlumat verib. O bildirib ki, şirkət “Made in Azerbaijan” adı altında fəaliyyət göstərərək Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafına, ölkəmizə yeni investisiyaların cəlbinə və biznes mühitinin inkişafına öz töhfəsini verəcək.
Emma Nikolson da çıxışında son 30 ildə Böyük Britaniya ilə Azərbaycan arasında son dərəcə güclü əlaqələr qurulduğunu, müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. O, "AzerBazalt UK" şirkətinin fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edib.







.jpg)



