“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs redaktor, tərcüməçi, qrafik dizayner və fandreyzer vəzifələri üzrə vakansiyalar elan edib.
E-huquq.az-ın məlumatına görə, aşağıdakı tələblərə cavab verən şəxslər əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV-ni mövzu sətrində vakansiyanın adı qeyd etməklə və 13 fevral 2023-cü il (saat 12:00-dək) [email protected] email-nə göndərə bilərlər.
1. Struktur bölmə: Redaksiya və nəşriyyat şöbəsi
Vəzifə: Redaktor (ingilis dili üzrə)
Vəzifə öhdəlikləri:
– ingilis dilinə tərcümə edilmiş elmi və metodiki ədəbiyyatı, məlumat və normativ sənədləri redaktə etmək;
– müəlliflərə lazımi kömək göstərmək (terminlərin seçilməsində, təsvirlərin ifadə olunmasında və s.), ediləcək dəyişikliklərlə bağlı təklifləri onlarla razılaşdırmaq;
– adların, elmi-texniki terminlərin, ölçü vahidlərinin işlənilməsi və yazılmasını, göstərilən simvolların standartlarla müəyyən olunmuş və ya elmi ədəbiyyatda qəbul olunmuş işarələrə uyğunluğunu, mənbələrə uyğun gəlməsini yoxlamaq.
Namizədə olan tələblər:
Ali təhsil (ingilis dili ixtisası üzrə olması arzuolunandır);
Qeyd olunan sahədə ən azı 3 (üç) il iş təcrübəsi;
Dil bilikləri: ingilis (Azərbaycan və rus dillərini bilmək arzuolunandır);
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından istifadə – orta səviyyə, İnternetdən istifadə – orta səviyyə;
Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.
2. Struktur bölmə: Kadr və sənədlərlə iş şöbəsi
Vəzifə: Tərcüməçi (ingilis – Azərbaycan – ingilis, hüquqi tərcümə üzrə mütəxəssis)
Vəzifə öhdəlikləri:
– elmi, hüquqi, tədris, təlim materiallarını, konfransların, iclasların, seminarların sənədlərini ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək;
– tərcümələrin orijinalların leksik, üslubi və semantik məzmununa uyğunluğunu, istifadə olunan elmi-texniki termin və təriflərə münasibətdə müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək;
– müəyyən olunmuş müddət ərzində şifahi, yazılı, tam və ya qısaldılmış materialların tərcüməsi zamanı tərcümənin leksik, stilistik və məzmun etibarilə orijinala uyğun olmasını təmin etmək.
Namizədə olan tələblər:
Ali təhsil (xarici dil ixtisası üzrə olması arzuolunandır);
Hüquqi tərcümələr sahəsində ən azı 3 (üç) il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dillərini səlis bilməi (rus dili arzuolunandır);
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından istifadə – orta səviyyə, İnternetdən istifadə – orta səviyyə;
Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.
3. Struktur bölmə: Redaksiya və nəşriyyat şöbəsi
Vəzifə: Qrafik dizayner
Vəzifə öhdəlikləri:
– verilmiş təlimatlar və brieflər əsasında dizayn işlərinin (poster, loqo, flayer və s.) görülməsi;
– İnstitutun loqotipləri və internet səhifələri üçün qrafika və tərtibat işlərinin görülməsi;
– kitab, jurnal, buklet və s. çap məhsullarının dizayn işlərinin görülməsi;
– tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunələrin yaradılması;
– kompüter vasitəsilə diaqramların, qrafiklərin, illüstrasiyaların və digər rəsmlərin çəkilməsi və çap edilməsi.
Namizədə olan tələblər:
ali təhsilli;
CorelDraw, İnDesign, Adobe Photoshop, QuarkXPress, Adobe İllustrator proqramlarını əla səviyyədə bilmək;
həmin sahədə ən azı 3 il iş təcrübəsi;
məsuliyyətli, işgüzar, diqqətli, ünsiyyətcil və yaradıcı düşünmə qabiliyyətli;
kreativ ideyalı.
4. Struktur bölmə: Mətbuat və beynəlxalq əlaqələr şöbəsi
Vəzifə: Fandreyzer (donorlarla iş üzrə mütəxəssis)
Vəzifə öhdəlikləri:
– İnstitutun fandrayzinq (donorlarla iş) sahəsində inkişaf konsepsiyasının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
– müvafiq sahədə fəaliyyət göstərən yerli, regional və beynəlxalq təşkilatlarla, beynəlxalq donorlarla əlaqə mexanizmlərini qurmaq;
– donor təşkilatlar tərəfindən elan edilən qrant müsabiqələrində iştirak etmək üçün müvafiq layihə təkliflərinin hazırlanması və təqdim edilməsi işlərini həyata keçirmək.
Namizədə olan tələblər:
Ali təhsil (beynəlxalq münasibətlər ixtisası üzrə olması arzuolunandır);
Qeyd olunan sahədə ən azı 3 (üç) il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (ingilis dili yaxşı səviyyədə tələb olunur, rus dilini bilmək arzuolunandır);
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından istifadə – orta səviyyə, İnternetdən istifadə – orta səviyyə;
Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
