Məzmuna keç

“Cənub Aqro” cərimələnə bilər

"Cənub Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Lənkəran rayon Məhkəməsində hakim Anar Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Cənub Aqro” üç yüz manat cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə