Məzmuna keç

“Arkoz İnşaat Şirkəti”nə cərimə yazıldı

“Arkoz İnşaat Şirkəti” MMC-yə cərimə yazılıb

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə