Azərbaycan Respublikası Mediasiya Şurasının İşçi qrupu yaradılıb.
E-huquq.az-ın məlumatına görə, 6 nəfərdən ibarət qrupun tərkibinə aşağıdakı şəxslər daxildir:
1. Sima Yaqubova – İşçi qrupun rəhbəri. İşlərin qanunvericiliyə uyğun olaraq bölüşdürülməsi, eyni zamanda ədalətli və şəffaf prosedurların təmin edilməsinə birbaşa məsul şəxs
2. Qasım Şalıyev – İşçi qrupun üzvü. Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs
3. Natiq Məmmədov – Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs
4. Yusif Həsənov – Naxçıvan Muxtar Respublikasını Mediatorlarının İşçi qrupda nümayəndəsi, Naxçıvan Muxtar Respublikası üzrə əlaqələndirməni həyata keçirən koordinator
5. Əli Adıgözəlov – İşçi qrupun üzvü. Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs
6. Bəylər Məmişov – İşçi qrupun üzvü, Mövcud qaydalar üzrə İntizam məsuliyyətinə səbəb olan faktların toplanması və İşçi qrupuna təqdim ediıməsi üzrə məsul şəxs.
