Məzmuna keç

Biznes kouç və təlimçi Elçin Əzimli mediatorlara vebinar keçəcək

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasında meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.

E-huquq.az xəbər verir ki, bu tədbirlər çərçivəsində növbəti görüş 15 noyabr saat 20:00-da baş tutacaq. Belə ki, biznes kouç, təlimçi Elçin Əzimli "Emosional İntellekt və ünsiyyət bacarıqları" mövzusunda mediatorlara vebinar keçəcək.

Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanına müracət edə bilərsiniz.