Məzmuna keç

Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirildi

Bu gün Mediasiya Şurası İntizam Komissiyasının yeni tərkibli ilk iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə keçirilən iclasda Komissiyasının üzvləri – Gülşən Salmanova, Tünzalə Hacıyeva və Komissiyaya yeni üzv olmuş mediatorlar – Oğul Kərimov və Rəfael Cabbarov iştirak ediblər.

İclasda barələrində intizam icraatı başladılmış mediatorların iştirakı ilə müzakirələr aparılıb, onların izahatları dinlənilib. Sonda komissiya tərəfindən qəbul edilən rəylər İdarə Heyətinə təqdim edilib.