Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralandı


  • 20:19

Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər