- 17 Sentyabr 22:35
Dünya əmtəə bazarlarında neft ucuzlaşıb.
E-huquq.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,91% azalaraq bir barel üçün 103,87 dollar təşkil edib.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,61 dollar və ya 1,58% ucuzlaşaraq 100,30 dollara düşüb.
Neftin ucuzlaşmasına Yaxın Şərqdə tədarüklə bağlı narahatlıqların müəyyən qədər səngiməsi və əvvəlki kəskin bahalaşmadan sonra bazarda mənfəət götürülməsi təsir göstərib. Bununla belə, Hörmüz boğazından neft daşımalarının hələ də məhdud qalması qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur.