Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın oldu - VİDEO


  • 22:54

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

Oxşar xəbərlər