- 20 Sentyabr 21:59
Cəlilabad şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ötmə manevrini düzgün yerinə yetirə bilməyən "Toyota Prius" markalı minik avtomobili "VAZ-21099" markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla ilə bağlı araşdırma aparılır.