Göygöldə ər arvadını qətlə yetirdi


  • 20 Sentyabr 21:59

Göygöldə qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.

Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü M. Quliyev arvadı, 1988-ci il təvəllüdlü M. Quliyevaya küt alətlə xəsarət yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən M. Quliyev saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər