"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosu daha bir məktəbdə şagirdlərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbir keçirdi - FOTO


  • 30 Noyabr 2022 16:08

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosu 259 tam orta məktəbdə şagirdlərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbir keçirib.

E-huquq.az xəbər verir, tədbirdə Büronun müdiri Yusif Allahverdiyev, vəkillər, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Y.Allahverdiyev çıxış edərək ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra Büronun vəkilləri çıxış edərək şagirdlərə onların hüquq və vəzifələri barədə məlumat veriblər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində tədbirlər haqqında bəhs ediblər.

Tədbir şagirdlərin fəal iştirakı ilə müzakirə şəklində davam etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Məktəbin direktoru vəzifəzini icra edən Samir Ağalarov şagirdlərin hüquqi maarifləndirilməsinə göstərdiyi diqqətə görə "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosuna təşəkkür edib.

Sonda xatirə fotosu çəkdirilib

Oxşar xəbərlər