- 26 Aprel 21:32
Mayın 21-də Bakı şəhərində fəaliyyət göstərən Bakı 8 saylı Mediasiya Təşkilatında “Azərbaycanda mediasiya və mübahisələrin həlli: Mediasiyanın ilkin həll mexanizmi kimi formalaşdırılması, mediasiya xidmətlərinə tələbat və keyfiyyətin təminatı” mövzusunda beynəlxalq təcrübə mübadiləsi tədbiri keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Tanzaniya Respublikasının Ədliyyə Nazirliyinin və Dünya Bankının nümayəndələri 25 nəfərlik heyətlə iştirak ediblər.
Qonaqlar Azərbaycan ədliyyə, məhkəmə və mediasiya sistemləri ilə yerində tanış olmaq məqsədilə Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Bakı 8 saylı Mediasiya Təşkilatında görüşlər keçiriblər.
Görüş zamanı iştirakçılara Azərbaycan mediasiya sisteminin hüquqi çərçivəsi, təşkilati strukturu və tətbiq mexanizmləri barədə geniş təqdimat təqdim olunub, interaktiv müzakirələr aparılıb.
Mediasiyanın mübahisələrin sülh yolu ilə, çevik və effektiv həlli vasitəsi kimi rolu, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bakı 8 saylı Mediasiya təşkilatının uğurlu statistikası barədə məlumat verilib.
Tədbir, Azərbaycanın mediasiya sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq tərəfdaşlarla paylaşılması və digər ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb
Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd, mediatorlar Aqil Əsgərov, Natəvan Muradova və Nurlanə Həsənova öz praktik təcrübələrini beynəlxalq qonaqlarla bölüşüblər.
Sonda xatirə şəkilləri çəkilib.