Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları beynəlxalq sertifikata layiq görüldülər - FOTO


  • 13 İyun 17:01

Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları Mayıl Əhməd və Natəvan Muradova beynəlxalq dərəcəli "HELP" sertifikatı ilə təltif olunublar.

Bu barədə e-huquq.az-a təşkilatdan məlumat verilib.

Bildirilib ki, mediatorlar bu il Azərbaycan Respublikasının Ədliyyə Akademiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş bir aylıq ixtisasartırma təlimində uğurla iştirak ediblər. Təlimin sonunda isə Avropa Şurasının Hüquq Peşəkarları üçün İnsan Hüquqları Təhsili Proqramı (HELP – Human Rights Education for Legal Professionals) çərçivəsində təqdim olunan beynəlxalq sertifikata layiq görülüblər.

"Bu mühüm nailiyyət, ölkəmizdə mediasiya sisteminin inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addımdır. Mayıl Əhməd və Natəvan Muradovanın bu uğuru, eyni zamanda peşəkar mediatorların hazırlığına və onların insan hüquqları sahəsində biliklərinin artırılmasına verilən əhəmiyyətin göstəricisidir. Belə ki, mediasiyada ədalətin keyfiyyətinin əhəmiyyəti, ədalətli və tərəfsiz mediasiya prosesi cəmiyyətin hüquq və ədalətə olan inamını möhkəmləndirir. Ədalətin keyfiyyəti yalnız nəticə ilə deyil, həm də prosesin şəffaflığı, peşəkarlığı və insan hüquqlarına hörmət prinsipləri ilə müəyyən olunur. Bu baxımdan, beynəlxalq təlimlər mediatorların bu dəyərləri praktikada tətbiq etməsində əvəzsiz rol oynayır", - deyə qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər