Bakı 8 saylı Mediasiya Təşkilatı üç illik fəaliyyətini audit yoxlamasından keçirdi


  • 13:46

Bakı 8 saylı Mediasiya Təşkilatı üç illik fəaliyyətini audit yoxlamasından keçirib.

Bu barədə e-huquq.az-a Təşkilatının direktoru Mayıl Əhməd məlumat verib.

O bildirib ki, ölkəmizdə aparılan mediasiya islahatları artıq öz müsbət bəhrəsini verməkdədir.

"Vətəndaşlarda və hüquqi şəxslərdə öz problemlərini məhz mediasiya yolu ilə həll etmək sahəsində çox yüksək mədəniyyət formalaşır və mediasiya sessiyasında iştirak edən tərəflər, mediasiyanın faydalarını hiss edirlər. Bakı 8 saylı Mediasiya Təşkilatımızda çalışan təcrübəli mediatorların sayəsində keyfiyyətli barışıq sazişlərinin bağlanmasında və vətəndaş məmnunluğunun təmin edilməsində hər gün irəlləyiş var. Qeyri-kommersiya hüquqi şəxs olan Bakı 8 saylı Mediasiya Təşkilatnın nizamnaməsinin 4.1-cü bəndinə əsasən, təşkilat Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda qüvvədə olan qanunlara uyğun olan əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək hüququna malikdir. Nizamnaməsinin 9.4-cü bəndinə əsasən isə təşkilatın maliyyyə-təsərrüfat fəaliyyətinə nəzərəti həyata keçirmək məqəsdilə ümumi iclasın qərarı əsasənda müəyyən dövr üçün təşkilatın maliyyə fəaliyyəti təftiş edilə bilər. Elə bu məqsədlə 2022-ci-2024-cü illər üzrə üç illk fəaliyyətimiz dövründə çəkilən icarə haqları, əməkdaşların və mediatorların əmək və xidmət haqları, dövlət sosial və sığorta ödənişləri, ezamiyə xərcləri, mükafatlar, Mediasiya Şurasına köçürülən aylıq üzvlük haqları, holoqram üzrə ödənişlər, poçt xərcləri, marketinq xərcləri, karguzarlıq xərcləri və təşkilatın saxlanması istiqamətində bağlanan təsərrüfat xarakterli müqavilələr üzrə çəkilən sair xərclər üzrə Azərbaycan Respublikasın Auditor Palatasının SA223 saylı 777 №-li nömrəli lisenziyası əsasənda fəaliyyət göstərən auditor tərəfindən iki ay müddətində geniş audit yoxlaması aparılıb və nəticə etibarı ilə müvafiq Auditor Rəyi və Auditor Hesabatı təşkilata təqdim edilib. Bu şəffaflıq təşkilatın bundan sonrakı gələcək uğurlu fəaliyyətinə, habelə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsinə və ölkəmizdə mediatorluq peşəsinin nüfuzunun yüksəlməsinə töhfə verəcək", - deyə M.Əhməd bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər