Bakı 8 saylı Mediasiya Təşkilatında mübahisələrin 65%-dən çoxu barışıqla nəticələnib - FOTO


  • 31 İyul 17:05

2025-ci ilin II rübü ərzində Bakı 8 saylı Mediasiya Təşkilatında ümumilikdə 189 barışıq sazişi bağlanıb.

Bu barədə e-huquq.az-a Təşkilatın meneceri Şəbnəm Qəhrəmanzadə məlumat verib.

O deyib ki, Mediasiya Şurasının rəsmi hesabatına əsasən, cari ilin II rübündə təşkilata “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ailə, əmək, kommersiya və mülki kateqoriyalara aid işlərdən 719-u üzrə nəticə əldə olunub. Bu işlərdən 189-u tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişi ilə nəticələnib. Nəticədə 378 vətəndaşın iştirakı ilə mübahisələr məhkəməyə getmədən, tərəflər arasında sülh yolu ilə həll edilib.

Hesabat dövründə 109 iş üzrə mediasiya prosesinə xitam verilib. Bu hallarda tərəflər ya öz aralarında razılığa gəlib, ya da mediatorların vasitəçiliyi ilə nikahlarını davam etdirmək qərarına gəldiklərindən proses davam etdirilməyib.

Bundan əlavə, 322 iş üzrə ilkin mediasiya sessiyasında yalnız bir tərəf iştirak edib. 99 iş üzrə isə hər iki tərəf ilkin sessiyada iştirak etsə də, tam mediasiya mərhələsinə keçməkdən imtina ediblər. Nəticə olaraq, bu işlər üzrə barışıq sazişi əldə olunmayıb.

Bağlanmış 189 barışıq sazişindən 47-si təşkilat rəhbəri, mediator Mayıl Əhmədin vasitəçiliyi ilə imzalanıb. Digər mediatorlar üzrə bu göstərici aşağıdakı kimidir:

Azad Rzayev – 39 iş
Aqil Əsgərov – 23 iş
Zümrüd Əsgərova – 20 iş
Vüqar Nağıyev – 16 iş
Natəvan Muradova – 11 iş
Mətanət Şahbazova – 15 iş
Vüsal Rzayev – 9 iş
Ceyhun Aslanov – 6 iş
Nurlanə Həsənova – 1 iş
Səbirə Əliyeva – 1 iş
Tünzalə Hacıyeva – 1 iş

"Əldə olunan statistikaya əsasən, hər iki tərəfin iştirak etdiyi 288 işdən 189-u, yəni təxminən 65,63 faizi barışıqla nəticələnib. Bu göstərici Bakı 8 saylı Mediasiya Təşkilatının mediasiya institutunun səmərəli tətbiqi sahəsindəki fəaliyyətini əks etdirir", - deyə Ş.Qəhrəmanzadə bildirib.

O deyib ki, bu nəticə təkcə təşkilatın deyil, ümumilikdə ölkə üzrə mediasiya institutunun inkişafına verilən mühüm töhfədir.

Humay Eminqızı

Oxşar xəbərlər