- 2 Oktyabr 12:40
Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Aqil İltifat oğlu Əsgərov uğurlu fəaliyyətinə görə təşəkkür plaketi ilə təltif olunub.
Bu barədə e-huquq.az-a Təşkilatın direktoru Mayıl Əhməd məlumat verib.
Onun sözlərinə görə, 25 avqust 2025-ci il tarixində "Bakı KOB evi"ndə keçirilən tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən Aqil Əsgərova mediasiya sahəsindəki uğurlu fəaliyyətinə görə təşəkkürnamə təqdim olunub.
M.Əhməd bildirib ki, təqdim olunan plaket Bakı 8 saylı Mediasiya Təşkilatının ümumi fəaliyyətinə verilən dəyərin bir göstəricisidir.