Zümrüd Əsgərova: "Mediasiya insanlar arasında pozulmuş körpüləri bərpa edən dəyərli bir vasitədir"


  • 16:01

"Mediasiya dəyərli bir alətdir. Bu vasitə ilə insanlara mübahisələrini məhkəmədən kənar, sülh yolu ilə həll etməkdə kömək etmək böyük məsuliyyətdir".

Bu sözləri e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Zümrüd Əsgərova deyib.

O bildirib ki, mediatorun əsas vəzifəsi tərəflər arasında neytral və qərəzsiz mövqe tutaraq, pozulmuş münasibətləri yenidən bərpa etmək və dialoqu konstruktiv müstəviyə yönəltməkdir.

Z.Əsgərova hər kəsi mediasiya prosesinə daha çox inanmağa çağırıb: "Tərəfləri barışığın ünvanı olan Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etməyə dəvət edirəm”.

Qeyd edək ki, Z.Əsgərova 2023-cü ildən etibarən Mediasiya Şurasının üzvü kimi fəaliyyət göstərir və Bakı 8 saylı Mediasiya Təşkilatında əmək müqaviləsi əsasında mediator olaraq çalışır. Xanım mediator bu günədək 113 barışıq sazişinin bağlanmasına nail olub.

2024-2025-ci illər ərzində Zümrüd Əsgərova Mediasiya Şurasının İntizam Komissiyasının üzvü kimi ictimai fəaliyyətlə də məşğul olub, bu müddət ərzində ailə, mülki və kommersiya mübahisələrinin həllində fəal iştirak edib. O, bir çox mediasiya sessiyalarında vasitəçilik edərək mühüm nəticələr əldə etdiyinə görə "Təşəkkürnamə" və müvafiq sertifikatlarla təltif olunub.

Humay Eminqızı

Oxşar xəbərlər