Bu ilin 3-cü rübündə Bakı 8 saylı Mediasiya təşkilatında 199 barışıq sazişi bağlanıb


  • 15:32

Bu ilin 3-cü rübündə Bakı 8 saylı Mediasiya Təşkilatında hər iki tərəfin iştirak etdiyi 350 iş üzrə 199 sayda barışıq sazişləri bağlanıb.

Bu barədə e-huquq.az-a Bakı 8 saylı Mediasiya Təşkilatının yerli və beynəlxal sertifikatlara malik olan mediatoru Natəvan Muradova məlumat verib.

Onun sözlərinə görə, Mediasiya Şurasının fəaliyyət göstərən təşkilatlar üzrə paylaşdığı rəsmi hesabatda 2025-ci ilin 3-cü rübündə 8 saylı Mediasiya təşkilatına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan ailə, əmək, kommersiya və mülki kateqoriyasına aid olan işlərdən 857-nə nəticə verilib.

"Lakin önəmli göstərici ondan ibarətdir ki, 2025-ci ilin iyul-senytabr ayları ərzində təşkilatımızda nəticə verilmiş işlərdən mediasiya sessiyalarında hər iki tərəfin iştirak etdiyi 350 iş üzrə 199-u yəni, təxminən 56,86 %-i üzrə barışıq sazişlərinin bağlanması və 398 nəfər vətəndaşımızın bu institutun xidmətlərindən məmnun qalması ilə nəticələnib.

Belə ki, ümumi daxil olan işlərdən 142-i üzrə mediasiya prosesinə ümumiyyətlə xitam verilib. Yəni, tərəflər öz aralarında yaranan mübahisəni həll etdiklərinə və ya mediatorların vasitəçiliyi nəticəsində nikahlarını davam etdirmək qərarına gəldiklərindən, bu işlər üzrə mediasiya prosesi davam etdirilməyib", - deyə mediator bildirib.

N.Muradova deyib ki, bundan başqa, təşkilata daxil olan 365 iş üzrə isə ilkin mediasiya sessiyasında yalnız bir tərəf iştirak etdiyindən, habelə 151 iş üzrə ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etsə də, onlar tam mediasiya sessiyasına getməkdən imtina etdiyindən, bu işlə üzrə də barışıq sazişinin əldə olunması mümkün olmayıb.

"2025-ci ilin iyul - senytabr ayları ərzində təşkilatımızda bağlanan 199 sayda barışıq sazişləri təşkilatın rəhbəri - mediator Mayıl Əhməd tərəfindən 49 iş üzrə, mediatorlar Azad Rzayev 21 iş üzrə, Aqil Əsgərov 28 iş üzrə, Zümrüd Əsgərova 12 iş üzrə, Vüqar Nağıyev 10 iş üzrə, Natəvan Muradova 21 iş üzrə, Mətanət Şahbazova 16 iş üzrə, Vüsal Rzayev 13 iş üzrə, Ceyhun Aslanov 10 iş üzrə, Nurlanə Həsənova 7 iş üzrə, Ramin Əliyev 7 iş üzrə, Muxtarova Rəna 3 iş üzrə və mediator Tünzalə Hacıyevanın vasitəçiliyi ilə 2 iş üzrə bağlanaraq təsdiq edilib", - deyə o qeyd edib.

Mediator hesab edir ki, Bakı 8 saylı Mediasiya Təşkilatının göstərdiyi bu müsbət dinamika, ümumilikdə ölkə üzrə mediasiya institutunun inkişafına verilən bir töhfədir.

"Yuxarıda göstərilən müsbət göstəricilərə və profesional komanda işinə əsaslanaraq, vətəndaşlarımızı, iş adamlarını, sahibkarlıq subyeklərini ailə, əmək, mülki və kommersiya mübahisələrini konstruktiv və qarşılıqlı anlaşma əsasında həll etmələri üçün Bakı 8 saylı Mediasiya Təşkilatında mediasiya imkanlarından faydalanmağa çağırıram", - N.Muradova əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər