Mediasiya Şurasından növbəti YENİLİK


  • 2 Noyabr 2021 18:51

Mediasiya Şurası 1 noyabr tarixindən etibarən mediasiya təcrübəsinin problemlərinə həsr edilmiş gündəlik görüşlərə start verib.

E-huquq.az-ın məlumatına görə, artıq ötən gündən müzakirələrə başlanılıb.

İlk görüş Vəkillər Kollegiyasının üzvü, mediator, təlimçi Cabbar Həsənovla ”Mövcud mediasiya praktikasında ailə mübahisələri və mediatorların qarşılaşdığı problemlərə baxış” mövzusunda olub.

Daha sonra “Əmək mübahisələri və mediasiya praktikasında mediatorların qarşılaşdığı problemlərə baxış” mövzusunda tanınmış ekspert, Vəkillər Kollegiyasının üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Mövcud mediasiya praktikasıda kommersiya mübahisələri və real problemlər” mövzusunda Vəkillər Kollegiyasının üzvü, mediator Taleh İbrahimov, Vəkillər Kollegiyasının üzvü, mediator Gəray Məmmədtağıyev “Mediatorların etik davranış kodeksinə riayət edilməsi", "İlkin mediasya sessiyasında problemlər və tam mediasiya sessiyasına keçid üçün taktikalar" mövzusunda isə mediator Natiq Məmmədov ekspert qismində çıxış edərək mediatorların qarşılaşdığı problemləri müzakirə ediblər.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd mediasiya praktikasında meydana çıxan problemləri vaxtında müəyyən etmək və qanunvericliyin tələblərinə uyğun cavablar almaqdır.

Oxşar xəbərlər