Tanınmış həkim-psixiatr Həlimə Qəmərlinskaya mediatorlara vebinar keçib


  • 10 Noyabr 2021 15:38

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasındakı meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.

E-huquq.az-ın məlumatına görə, ötən gün psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim-psixiatr, Azərbaycanda stres idarəetməsi (stress management) üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya “Stresin idarə edilməsi” mövzusu üzrə mediatorlara vebinar keçib. Görüş mediatorların böyük marağına səbəb olub. H.Qəmərlinskaya həmçinin mediatorları maraqlandıran suallara aydınlıq gətirib.

Xatırladaq ki, mediatorlarla daha iki görüşün keçirilməsi nəzərdə tutulub. “ZOOM” platforması üzərindən keçiriləcək görüşlərin dəqiq qrafikini təqdim edirik.

11 noyabr 2021-ci il, saat 19:00
Mövzu:
“Mediatorların maliyyə hesabatlılığı və maliyyə şəffaflığının təmin edilməsi”
Ekspert: Zamin Hüseynov
“ABAK-Az Crowe LTD”nin İdarəedici Partnyoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, auditor, qiymətləndirici

12 noyabr 2021-ci il, saat 19:00
Mövzu:
“Mediatorun İntizam məsuliyyətinə səbəb ola biləcək kargüzarlıq qaydaları pozuntuları və onların aradan qaldırılması”
Ekspert: Mayıl Əhməd
Mediasiya Şurasının İntizam Komissiyasının üzvü

Oxşar xəbərlər