Məzmuna keç

Auditor Zamin Hüseynov mediatorlara vebinar keçib

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasındakı meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.

E-huquq.az-ın məlumatına görə, bu tədbirlər çərçivəsində noyabrın 11-də "ABAK-Az Crowe" LTD-nin İdarəedici Partnyoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, auditor, qiymətləndirici Zamin Hüseynov "Mediatorların maliyyə hesabatlılığı və maliyyə şəffaflığının təmin edilməsi" mövzusu üzrə mediatorlara vebinar keçib.

Z.Hüseynov sonda mediatorları maraqlandıran sualları cavablandırıb.