- 12 Mart 14:47
Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasındakı meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.
E-huquq.az-ın məlumatına görə, bu tədbirlər çərçivəsində noyabrın 12-də Mediasiya Şurası İntizam Komissiyasının sədri Sima Yaqubova və İntizam Komissiyasının üzvü Mayıl Əhməd mediatorlara vebinar keçiblər.
Vebinarın mövzusu "İntizam icraatının həyata keçirilməsi qaydaları və mediatorun intizam məsuliyyətinə səbəb ola biləcək kargüzarlıq qaydaları pozuntuları və onların aradan qaldırılması" olub.
Sonda mediatorları maraqlandıran sualları cavablandırılıb.