- 12 Mart 14:47
Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasında meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.
E-huquq.az xəbər verir ki, bu tədbirlər çərçivəsində növbəti görüş 15 noyabr saat 20:00-da baş tutacaq. Belə ki, biznes kouç, təlimçi Elçin Əzimli "Emosional İntellekt və ünsiyyət bacarıqları" mövzusunda mediatorlara vebinar keçəcək.
Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanına müracət edə bilərsiniz.