- 12 Mart 14:47
Mediasiyanın inkişafı, mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar işlərin icrasında mediatorların bilavasitə iştirakının təmin edilməsi, habelə qarşıda duran vəzifələrin sistemli və operativ yerinə yetirilməsi məqsədilə işçi qruplar yaradılıb.
E-huquq.az-ın məlumatına əsasən, Şuranın İdarə Heyətinin sədri Nadir Adilov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən aşağıdakı işçi qruplar yaradılıb:
1. Mediasiya xidmətlərinin göstərilməsi zamanı təcrübədə rast gəlinən problemlərin öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilərək təkliflər paketinin hazırlanması üzrə işçi qrupu:
İşçi qrupun rəhbəri:Həsənova İlhamə Zakir qızı
Üzvlər: Yolçuyev Mübariz Xalid oğlu, Abbasov Orxan Aydın oğlu
2. Təbliğat-təşviqat işləri üzrə tədbirlər planının və sahə üzrə tələb olunan sənədlərin hazırlanması üzrə işçi qrupu:
İşçi qrupun rəhbəri: Hacızadə Yalçın Akif oğlu
Üzvlər: İbrahimov İlkin Ələmdar oğlu, Abbasov Orxan Aydın oğlu
İşçi qruplar görülmüş işlər barədə ayda bir dəfədən az olmayaraq İdarə Heyətinə, İxtisas və İntizam komissiyalarına hesabat təqdim etməlidirlər.