Məzmuna keç

Media eksperti Rizvan Qənbərli mediatorlara vebinar keçəcək

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasında meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.

E-huquq.az xəbər verir ki, bu tədbirlər çərçivəsində növbəti görüş 17 noyabr saat 20:00-da baş tutacaq. Belə ki, media eksperti Rizvan Qənbərli "Mediatorun şəxsi brendinqi və strateji kommunikasiya" mövzusunda mediatorlara vebinar keçəcək.

Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanına müracət edə bilərsiniz.