"Mediasiya və perspektivləri" mövzusunda seminar keçiriləcək


  • 18 Noyabr 2021 17:58

Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycanda Mübahisələrin Alternativ Həlli xidmətlərinin və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına Dəstək" layihəsi çərçivəsində "Mediasiya və perspektivləri" mövzusunda seminar keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, təlimlər noyabrın 25-də Şəki şəhərində yerləşən "Şəki Palace" oteldə, noyabrın 26-da isə Gəncə şəhərində yerləşən "Ramada" oteldə baş tutacaq. Seminarın təlimçiləri Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyev və regionda fəaliyyət göstərən mediatorlar olacaq.

Təlimlərdə mediasiyanın ilkin anlayışları, vəkillər üçün faydaları və s. mövzular müzakirə ediləcək, mediatorların və vəkillərin qarşılqlı əlaqəsi üçün şərait yaradılacaq.

Açıklama yok.

Açıklama yok.

Oxşar xəbərlər