Nadir Adilov: "Ədliyyə qulluqçularına mediasiya islahatına verdikləri dəstəyə görə təşəkkür edirik"


  • 22 Noyabr 2021 11:40

Bu gün, 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarında Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələrin həyata keçirilməsində cənab Nazir Fikrət Məmmədov başda olmaqla ədliyyə işçilərinin böyük rolu və əməyi var. Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının Sədri cənab Fikrət Məmmədov başda olmaqla bütün ədliyyə işçilərini təbrik edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi sahəsində də Ədliyyə Nazirliyinin rolu danılmazdır.

Təlim qurumu kimi Ədliyyə Akademiyası mediatorların hazırlanması sahəsində mühüm işlər görür. Eyni zamanda sıralarımızda bir zamanlar ədliyyə işçiləri olmuş və hal hazırda da olan mediator kolleqalarımız var. Ədliyyə qulluqçularına mediasiya islahatlarına verdikləri dəstəyə görə təşşəkkür edir və bir daha təbrik edirik.

Nadir Adilov

Mediasiya Şurası İdarə Heyətinin sədri

Oxşar xəbərlər