“Bank mübahisələri və mediasiya” mövzusunda görüş keçiriləcək


  • 22 Noyabr 2021 12:49

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Mediasiya Şurası və Azərbaycan Banklar Assosisiasiyasının təşkilatçılığı ilə “Bank mübahisələri və mediasiya” mövzusunda görüş keçiriləcək

E-huquq.az-ın məlumatına görə, 23 noyabr 2021-ci il, saat 15:00-da başlayacaq görüşün gündəliyi açıqlanıb.

Görüş aparıcı bankların hüquq Departament rəhbərləri, Mediasiya Şurasının İşçi qruplardan ibarət Koordinasiya Şurasının tərkibi, vəkillər və mediatorlardan ibarət auditoriyanı əhatə edəcək.

Görüş zamanı Bank mübahisələrinin həllində mediasiyanın verəcəyi fayda;

Bank mübahisələrinin həllində mediasiyanın cari vəziyyəti;

Məhkəmə və ya mediasiya: perspektiv və gələcəyə baxış;

Bankda çalışan hüqüqşünas vəkillərin mediasiya prosesində rolu;

Müasir yeni çağırışların fonunda vəkil-mediatorların prosesə yanaşma vəziyyəti və s. məsələlər əksini tapacaq.

Saat

Məruzəçilər

15:00-15:05

Moderator:

Elçin Həsənov

Bank Ombudsmanının Məsul katibi, Mediator

15:05-15:35

Açılış nitqi:

Zakir Nuriyev - Azərbaycan Banklar Assosiasiyasının Prezidenti

Anar Bağırov - Vəkillər Kollegiyasının sədri

Nadir Adilov - Mediasiya Şurası İdarə heyətinin sədri

15:35-15:45

Mövzu:

Banklar tərəfindən mediasiyaya edilən müraciətlər zamanı mövcud problemlər və onların həlli yolları

Məruzəçi: Taleh İbrahimov

Vəkil, mediator, Mediasiya Şurasında işçi qrup rəhbəri

15:45-15:55

Mövzu: Bank mübahisələrin məhkəmədən kənar həlli yolları və cari vəziyyət

Məruzəçi: Elçin Həsənov

Azərbaycan Banklar Assosisiasiyasının Bank Ombudsmanının Məsul katibi, mediator

15:55-16:30

Sual-cavab, müzakirələr

Oxşar xəbərlər