Mütəxəssis profayler Təbriz Hacınski mediatorlara təlim keçdi


  • 23 Noyabr 2021 09:54

Noyabrın 22-də "Caspian International Business Services" (CIBS) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi Təbriz Hacınski mediatorlara təlim keçib.

E-huquq.az-ın məlumatına görə, insan tanıma sənəti mövzusuna həsr edilmiş görüş mediatorların marağına səbəb olub. Görüşdə mövzu ətrafında yaranan suallar cavablandırılıb.

Xatırladaq ki, T.Hacınski AZERSUN Holding, GİLAN Holding, KAPİTAL BANK, CSS (Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta ENGİN kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə, habelə FHN (Fövqaladə Hallar Nazirliyi), DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar keçib. Təbriz Hacınski “60 saniyədə insan tanıma sənəti” və “Yalana qarşı Silah” kitablarının müəllifidir.

Oxşar xəbərlər