Millət vəkili: "Elə etməliyik ki, Mediasiya Şurası lazımsız quruma çevrilməsin"


  • 29 Noyabr 2021 10:42

"Azərbaycanda yeni fəaliyyətə başlayan Mediasiya Şurası Nadir Adilov kimi təcrübəli hüquqşünasın rəhbərliyi ilə müsbət işlər görməyə çalışır".

Bunu milllət vəkili Fazil Mustafa e-huquq.az-ın “Hüquq bələdçisi” verlişində qonaq olarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda Mediasiya Şurasının yaradılması müsbət tendensiyadır: "Bəzi hallarda bir ailənin boşanması problemə çevrilir. Təsəvvür edin, həyat yoldaşı narkotik istifadəçisidirsə, onların uzun müddət bir yerdə yaşaması ölüm riskidir. Yəni, bu işi 6 aya kimi uzatmağın mənası yoxdur, real vəziyyətə görə qiymət verilməlidir. Ümumiyyətlə, biz elə etməliyik ki, Mediasiya Şurası lazımsız quruma çevrilməsin. Yəni, həqiqətən məhkəmə orqanlarının yükünü azaldan qurum olsun və barışdırıcı rolu gerçəkləşdirə bilsin".

Xəyalə Bünyatova

Oxşar xəbərlər