- 12 Mart 14:47
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasıında (AMCHAM) Mediasiya Şurasının rəhbərliyi ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüşdə AMCHAM-ın İcraçı Direktoru Gülnarə Aslanbəyli, direktor müavini Zaur Kərimov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Sima Yaqubova və İxtisas Komissiyasının üzvü Şaiq Mirzəyev iştirak ediblər.
Tədbirdə Mediasiya Şurasının fəaliyyəti barədə məlumat verilib və mediasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
