- 12 Mart 14:47
"Naxçıvan MR-nın uğurlu təcrübəsində mediasiya proseslərinə praktiki baxış" mövzusunda görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov açılıq və salamlama nitqi ilə başlamış və Naxçıvan MR -da mediasiya istahatları, mediasiya praktikasından geniş söz açmışdır. O qeyd etmişdir ki, mediasiya praktikasının yeni öyrənilməsinə baxmayaraq, Naxçıvan mediatorları bu qısa zamanda Mediasiya praktikası üçün çox önəmli olan nəticələrə imza atıblar. Bu nümunələrin öyrənilməsi və tətbiq edilməsi çox mühümdür.
Daha sonra Mediasiya Şurasının Naxçıvan MR üzrə kuratoru Yusif Həsənov Naxçıvanda mediasiya təcrübəsini, mediasiya işlərində kargüzarlıq işlərinin aparılması qaydalarınından bəhs edərək, ümümi statistikanı görüş iştirakçıları ilə bölüşmüşdür. Yusif Həsənov mediasiya proseslərində ciddi barışıq nəticələrinin olduğunu qeyd edərək, barışıq nəticələrinə təsir edən amilləri mediatorlarla bölüşmüşdür.
Daha sonra, Naxçıvan MR -da fəaliyyət göstərən mediatorlardan Mahir Sadıqov, Orxan Abbasov mediasiya təcrübələrini görüş iştirakçıları ilə bölüşdülər.
Sonra Naxçıvan MR təcrübəsi ilə bağlı suallar cavablandırılıb və suallar ətrafında müzakirələr aparılıb. Naxçıvan MR-da qurulmuş nümunəvi mediasiya proseslərinə görə Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov Naxçıvan MR mediatorlarına dərin təşəkkürlər edilmişdir.