- 12 Mart 14:47
Aprelin 14-də Bakı 6 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub.
E-huquq.az xəbər verir ki, təqdimatda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası İdarə Heyətinin üzvü və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, “Gəncə İş Adamları” İctimai Birliyi İdarə Heyətinin sədri Zəfər Məmmədov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova, “Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruczadə, İntizam Komissiyasnın üzvü Mayıl Əhməd, mediatorlar və Şuranın əməkdaşları iştirak edib.
Bakı 6 saylı Mediasiya Təşkilatının direktoru Tural Şahbazov qonaqları təşkilatın ofis şəraiti, iş rejimi ilə tanış edib, indiyədək təşkilata daxil olmuş işlər və onların nəticələri ilə bağlı hesabat xarakterli çıxış edərək fəaliyyətinin ümumi icmalı baradə məlumat verib.
N.Adilov çıxışı edərək Mediasiya Şurasının hər zaman ictimai rəyə diqqətlə yanaşdığını və keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi üçün ictimai müzakirələrə açıq olduqlarını bildirib.
"Mediatorların hazırlığı prosesində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təlim qurumu kimi böyük töhfəsi var və mediatorların hazırlığı, ixtisasartırmaları bu gün də yüksək səviyyədə davam edir. Vəkillər Kollegiyası, Rəyasət Heyətinin sədri Anar Bağırov Mediasiya Şurasının inkişafına böyük təkan verir və problemlərin həllini daim diqqət mərkəzində saxlayır. Vəkillər Kollegiyası hər zaman Mediasiya Şurasının yanındadır. Ona görə də mediasiya proseslərində vəkillər mediatorlarla çox sıx əlaqədə işləməklə bu məsuliyyətli işin öhdəsindən gəlirlər. Mediasiyanın ölkəmiz üçün yeni olmasına baxmayaraq, 6 saylı Mediasiya Təşkilatının bu çətin işin öhdəsindən gələ biləcəyinə inanır və təşkilata uğurlar arzulayıram", deyə o qeyd edib.
V.Zeynalov çıxışı zamanı mediasiyanın ölkəmiz üçün yeni və uğurlu sahə olduğunu, yaxın gələcək üçün perspektivlərinin böyük olduğunu qeyd edib.
M.Mustafayev çıxış edərək, Mediasiya Şurasının fəaliyyətini dəstəklədiyini, görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib.
Z.Məmmədov çıxış edərək, Mediasiya Şurası ilə əməkdaşlıqdan və Məşvərət Komissiyasında təmsilçilikdən məmnunluq duyduğunu bildirib. Sahibkarların kommersiya və digər qəbildən olan mübahisələri mediasiyada həll etməkdə maraqlı olduğunu qeyd edib.
O.Oruczadə çıxışı zamanı ailə mübahisələrində tərəflərin yaşadığı psixologi gərginliklərdən bəhs edərək mediatorların bu sahə üzrə biliklərinin olmasının xüsusi olaraq qeyd edib.
N.Cəfərova Mediasiya Şurası Məşvərət Komissiyasında təmsil olunmaqdan məmnunluğunu ifadə edərək, mediasiyanın fəaliyyətinə hər zaman dəstək olacağını bildirib.
K.Aşumova çıxışı edərək, ailə mübahisələrində ən çox təsirlənən tərəfin uşaqlar və gənclər olduğunu, rəhbərlik etdiyi ictimai təşkilatın bu sahədə istənilən dəstəyi göstərəcəyini bildirib.