Bakı 2 saylı Mediasiya Təşkilatında tələbələr üçün seminar keçirilib - FOTO


  • 27 Aprel 2022 13:54

Aprelin 27-də Mediasiya Şurası tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində Bakı 2 saylı Mediasiya Təşkilatında Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün seminarlara start verilib.

E-huquq.az xəbər verir ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Bakı 2 saylı Mediasiya Təşkilatında olub.

Təlimçi İlhamə Həsənova, mediatorlar Pərvanə Məmmədova, Gülnar Qulizadə və Taleh Abbasov tələbələrə "Mübahisələrin məhkəmədəkənar həlli üsulu kimi mediasiya prosesi və onun üstünlükləri" mözusnunda seminar keçiblər. Seminarda mediasiya prosesinin simulyasiyası keçirilib. İştirak edən 17 tələbə təşkilatda könüllü çalışmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, seminarların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər