Bakı 9 saylı Mediasiya Təşkilatının təqdimat mərasimi keçirildi - FOTO


  • 29 Aprel 2022 16:43

Bu gün Bakı 9 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub.

E-huquq.az xəbər verir ki, təqdimatda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədri Anar Bağırov, müavinləri Aydın Axundov, Pərviz Ələkbərov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası İdarə Heyətinin üzvü və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova, dövlət qeydiyyatına alınmış #mediasiya təşkilatı rəhbərləri, KNP Vəkil bürosunun rəhbəri Kamandar Nəsibov, BM hüquq şirkətinin partnyoru Fərhad Mirzəyev və digər #vəkillər, #mediatorlar iştirak edib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxışı zamanı, #mediasiya institutun qısa zamanda əldə etdiyi nəticələrini yüksək qiymətdirərək, bu çətin, məsuliyyətli işdə Mediasiya Şurasına, yeni yaranmış mediasiya təşkilatlarına uğurlar arzu edib və Kollegiyanın hər zaman Şuranın fəaliyyətində yanında olacağını qeyd edib. Həmçinin A.Bağırov təşkilatın fəaliyyətinin yüksəldilməsi ilə bağlı təkliflər və tövsiyələr verilib.

Nadir Adilov Mediasiya Şurasının 2021-2022 fəaliyyəti barədə hesabatı təqdim edib. Yaxın gələcək üçün perspektivlərindən danışıb. Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyətində uğurlar arzulayıb.

Sonda Bakı 9 saylı Mediasiya təşkilatının direktoru Leyla Nəsibova qonaqları təşkilatın ofis şəraiti, iş rejimi ilə tanış edib.

Oxşar xəbərlər