Mediasiya Şurası AzMİU-da tələbələrlə görüş keçirib - FOTO


  • 4 May 2022 12:04

Aprelin 27-də Mediasiya Şurası və Azərbaycan Memarlıq və İncəsənət Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə “Azərbaycanda Mediasiya islahatları, tələbə və gənclərin bu islahatlar da yeri və rolu” mövzusunda universitetin tələbələri ilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Bakı 3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərov, Mediasiya Şurasının üzvü mediator-təlimçi Sadiq Bağırov və Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universitetinin tələbə və müəllim heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən Paşa Səfərov iştirakçılara görüşün mövzusu və mediasiya institutu haqqında ümumi məlumat verərək, Azərbaycanda mediasiya anlayışının formalaşmasında gənclərinin rolunun zəruriliyini vurğulayıb.

O qeyd edib ki, Mediasiya Şurasının funksiyalarına əsasən, mübahisənin alternativ həlli üsullarından olan mediasiyanın təşkili “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsaslanaraq mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir, mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir.

Sadiq Bağırov çıxışı zamanı, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun qəbul edildiyi və tətbiqinə başlanıldığı gündən hazırki vaxtadək mediasiyanın Azərbaycanda tətbiqi və inkişafı barədə görülən işlər, Mediasiya Şurasına üzv olan mediatorların fəaliyyətləri barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra mövzu ilə əlaqədar tələbələri və müəllimləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oxşar xəbərlər