Bakı 2 saylı Mediasiya Təşkilatında kommersiya mübahisələri üzrə mediasiya


  • 10 May 2022 09:37

Mübahisələrin mediasiya yolu ilə həlli bütün dünyada kifayət qədər populyardır. Həm də qeyd etmək lazımdır ki, nisbətən yaxınlarda Azərbaycanda tətbiq olunan mediasiya proseduru kommersiya mübahisələrinin həlli üçün getdikcə daha sərfəli və optimal vasitə kimi tanınmaqdadır.

Kommersiya mediasiyası xüsusi təlim keçmiş və bu sahədə mühüm təcrübəyə malik mediatorun iştirakı ilə və danışıqlar yolu ilə mübahisə edən tərəflər arasında kompromis tapılması prosedurudur.

Bakı 2 saylı Mediasiya Təşkilatında mediasiya proseduru ixtisas üzrə xüsusi peşə hazırlığı keçmiş təcrübəli peşəkar mediatorların iştirakı ilə həyata keçirilir.

Mediasiya kimə lazımdır?

Mediasiya xidmətləri müştərilərinin ən çox yayılmış kateqoriyaları:

- Kommersiya subyektinin uzunmüddətli inkişaf strategiyası, top menecmentdə böhran hadisələri və s.

- Birgə borclular, məsələn, bir necə kommerdiya təşkilatının (borclu, zamin və s.) banka ciddi borc yaranıb və onlardan heç biri kredit təşkilatına olan borcunu təkbaşına ödəyə bilmir.

- Müxtəlif mülki hüquq əməliyyatlarının tərəfləri. Görülmüş işin keyfiyyəti, ödəniş qaydası, müddətlər və digər şərtlərlə bağlı fikir ayrılığı yarandıqda.

- Bir-birindən asılı olan fiziki və ya hüquqi şəxslər.

Kommersiya subyektlərinin fəaliyyəti ilə bağlı istənilən mübahisədə mediatorla əlaqə saxlamaq olar, bundan əlavə, prosesə başlamazdan əvvəl mediator mübahisənin mediallığının nəticələrini (bu prosedurdan istifadə etməklə həll etmək imkanını) qiymətləndirir və tərəflərə elan edir.

Mediator:

Mediator mübahisə tərəfləri tərəfindən könüllü olaraq seçilir.

Prosedura başlamazdan əvvəl mediator mediasiya üsulunu seçir. O, neytral mövqe tuta və sadəcə olaraq tərəflər arasında danışıqların normal gedişini təmin edə bilər. Başqa halda isə mediator daha sərt mövqe tutaraq az qala “arbitr” kimi fəaliyyət göstə bilər, təbii ki, sözün tam mənasında deyil. Çünki mediasiyada qərarları tərəflər qəbul edir, mediator isə sadəcə bütün proses boyu neytralllığını və qərəzsizliyini qorumaqla əməkdaşlıq əsasında saziş əldə etməkdə tərəflərə kömək edir.

Mediasiyanın üstünlükləri:

Münaqişənin həllinin digər məhkəməyədək və məhkəmə üsullarından fərqli olaraq, mediasiya proseduru aşağıdakı üstünlüklərə malikdir:

Tam məxfilik:

Məhkəmə orqanlarının fəaliyyəti getdikcə şəffaflaşdığından mübahisənizin həlli üçün məhkəməyə müraciət etdikdə, mübahisənizlə bağlı məlumatların məxfi saxlanma ehtimalı çox aşağı olacaq.

Vaxt uduşu:

Mübahisənin həllinin istər məhkəmə üsulu, istərsə də istənilən digər üsulu onların icrasını əhəmiyyətli dərəcədə ləngidən prosessual tələblərlə yüklənir, halbuki mediasiya belə yüklərə malik deyil, buna görə də mübahisəni mümkün qədər tez həll etməyə imkan verir.

Könüllülük:

Birincisi, tərəflər özləri mediatoru seçir və mübahisələrinin necə həll olunacağına qərar verirlər, ikincisi, prosedurun özü könüllü başlanır və bu, artıq hər iki tərəfin münaqişəni həll etməyə hazır olduğunu göstərir.

Daha az xərc:

Mübahisəni həll etməyin digər yolları, xüsusən də məhkəmə çəkişmələri mediasiyadan qat-qat yüksək xərclərə malikdir.

Əməkdaşlığın və münasibətlərin qorunması:

Mübahisənizi mediasiya yolu ilə həll etməklə Siz mübahisə tərəfinizlə rəqib yox,əməkdaş ola biləcəksiniz,hətta işgüzar münasibətlərinizi qoruyub davam etdirə bilərsiniz.

Mübahisənizi mediasiya yolu ilə həll etməyi yoxlayın, mütləq məmnun qalacaqsınız!

Bizə müraciət edin:

Fəaliyyət göstərdiyimiz ünvan və ərazi: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F (Şam restoranının yanı),

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: 012-449-62-08; 012-449-91-11; 070-511-49-90; 050-611-49-90

Poçt indeksi: AZ1106

Bakı 2 saylı Mediasiya Təşkilatı.

Oxşar xəbərlər