Naxçıvanda fəaliyyət göstərən mediatorlar təltif edildi


  • 13 Sentyabr 2022 13:57

Mediasiya Şurası Naxçıvanda fəaliyyət göstərən bir qrup mediatoru mediasiya fəaliyyətinin səmərəli təşkili, çevik, sistemli və keyfiyyətli fəaliyyətlərinə və icra edilən uğurlu barışıq sazişlərinə görə diplomla təltif edib.

E-huquq.az xəbər verir ki, Naxçıvan Mediasiya Təşkilatının təltif olunan mediatorları aşağıdakılardır:

Həsənov Yusif İbrahim oğlu
Abbasov Orxan Aydın oğlu
Məmmədov Ələddin Kamil oğlu
Sadıqov Mahir Abbasəli oğlu
Məmmədov Zahid Yaqubəli oğlu

Qeyd edək ki, diplom mediatorların şəxsi işinə əlavə edilməklə İdarə Heyətinin iclasının protokoluna daxil edilib.

Oxşar xəbərlər