Nadir Adilov: “Məhkəmə hakimiyyətinin mediasiya islahatlarına ciddi dəstəyi var"


  • 21 Sentyabr 09:46

"Mediasiya Şurası və mediatorlar fəaliyyət göstərdikləri bir il müddətində məhkəmə hakimiyyətinin mediasiya proseslərinə dəstəyini və diqqətini daim hiss edirlər".

Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, qarşılıqlı əməkdaşlığın qurulmasında Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədovun mühüm rolu var.

"Cənab Fikrət Məmmədovun mediasiya islahatlarına dəstəyin göstərilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclaslarında səsləndirdiyi tövsiyələr və fikirlər mediasiya sahəsinin inkişafında çox ciddi bir dönüş yaradıb. Məhz bu səbəbdən,Mediasiya Şurası məhkəmələrin də yaxından dəstəyi ilə bir çox problemlərin həlli istiqamətində uğurlu nəticələr əldə edib. Fürsətdən bir daha istifadə edərək Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri, hörmətli cənab Fikrət Məmmədov başda olmaqla Məhkəmə-Hüquq Şurasının bütün üzvlərinə və aparatının əməkdaşlarına, məhkəmə hakimlərinə fəaliyyətimizə göstərilən dəstək üçün təşəkkür edirik. Vətəndaşların maarifləndirməsində, onların mediasiya təşkilatlarına yönləndirilməsində, xüsusən də uğurlu mediasiya barışıq sazişlərimizin artmasında və bu sazişlərin vətəndaşların hüquq və qanuni mənafeləri çərçivəsində təsdiq edilməsində hakimlərlə bərabər, məhkəmə aparatı əməkdaşlarının da xüsusi rolu var. Biz uğurlu mediasiya proseslərinə nail olmuşuqsa, bu uğurlarda bizə dəstək olan məhkəmələrin rolu da danılmazdır", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər