Mediasiya Şurasının Etika Komitəsi maraq konfliktlərinin qarşısının alınması ilə bağlı geniş tərkibli iclas çağırdı


  • 22 Sentyabr 2022 14:13

Sentyabrın 29-da Mediasiya Şurasının Etika Komitəsi maraq konfliktlərinin qarşısının alınması ilə bağlı geniş tərkibli iclas keçirəcək.

Bu barədə e-huquq.az-a Komitənin sədri İlhamə Həsənova məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediatorların peşəkar etik davranış Qaydası”nın tam işlək olması və tətbiqi sahəsində Mediasiya Şurası Etika Komitəsinin üzərinə böyük məsuliyyət düşür: "Eyni zamanda Mediasiya Şurası Etika Komitəsinin əsas fəaliyyət prinsiplərindən biri də maraq konfilikti yaradan halların müəyyən edilməsi və bu halların aradan qaldırlması ilə bağlı zəruri tədbirlər görməkdir. Mediasiya proseslərində həm mediasiyaya müraciət edən tərəflərin, həm də onlaırn nümayəndələrinin, ekspertlərin iştirakı zamanı bir çox maraqlı və təcrübədən irəli gələn kazuslar meydana çıxır. Bir çox hallarda bu kazuslarda maraq konfilikti yaradan elementlərin şahidi oluruq".

Komitəs sədri qeyd edib ki, Mediasiya Şurasının İdarə Heyəti tərəfindən Etika Komitəsinin qarşsında qoyulan məsələlərdən biri də mediatorlarla mediasiya təşkilatları, tərəflər, kommersiya subyektləri, mediatorlar arasında baş verən və baş vermək ehtimalı olan maraq konfiilikti yaradan halların aradan qaldırlması ilə bağlı tədbirlər görməkdir: "Biz bu məqsədlə ilk görüşümüzü Mediasiya Təşkilatları rəhbərləri ilə təyin etdik və bu görüşdə Şuranın İdarə Heyəti, Daxili Audit Komitəsi də iştirak edəcək ki, baş verən etik davranış qaydalaırı pozuntuları ilə bağlı yerindəcə qərarlar qəbul edək. Sentyabrın 29-da təşkil edəcəyimiz görüşdə daxil olan şikayətlər, etik davranış qaydalarının pozulması, eyni zamanda etik davranış qaydalarınn pozulması ilə əlaqədar əsaslı şübhələr yaradan hallar və bu halların müəyyən edilməsini müzakirə edəcəyik. Məhz bu məqsədlə də biz korporativ peşə etikası, mediator nüfuzunun qorunması, mediasiya təşkilatlarının korporativ müqavilələr, həmçinin mediasiya xidmətlərinin göstərilməsi zamanı qanunla nəzərdə tutlmayan hallara yol verməmələrini təmin etməliyik".

İ. Həsənovanın sözlərinə görə, istər fiziki şəxslər, istərsə də hüquqi şəxslərlə münasibətlərdə mediatorlar və mediasiya təşkilatları yalnız və yalnız qanunla nəzrdə tutulmuş prosessual davranış qaydalarını tətbiq etməlidirlər: "Əgər bu qaydaların pozuntusu barədə hallar müəyyən edilərsə, Etika Komitəsi olaraq Şuranın İdarə Heyətinə müraciət etməklə, Daxili Audit Komitəsi və İntizam Komissiyasının birgə araşdırması nəticəsində sərt tədbirlər görüləcək. Mediasiya Şurası ölkəmiz üçün yenidir, demək olar iki ildir ki, aktiv fəaliyyət göstərir. Bu qısa müddətdə problemlərin olması labüddür və məntiqlidir. Amma bu problemlərə biganə qalmaq və yaxud da ki, bu problemləri ört – basdır etmək kimi bir fikrimiz olmadığı üçün biz əzmlə problemlərin aşkara çıxarılması sahəsində monitorinqlər aparırıq".

Oxşar xəbərlər